İnsanlara hürriyət, millətlərə istiqlal!

İnvestorlar ABŞ-ın altı böyük bankından 165 milyard dolları geri götürüblər

Martın əvvəlindən bəri investorlar "Silicon Valley Bank" (SVB) və Signature Bankın iflası fonunda ABŞ-ın altı böyük bankından 165 milyard dollar çıxarıblar.

APA xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bununla da "Citigroup", "Morgan Staney", "Bank of America", "Goldman Sachs", "JPMorgan Chase" və "Wells Fargo" bankları bazar dəyərinin 13%-ni itirib.

Qəzetin yazdığına görə, investorlar əmanətlər üzrə faiz dərəcələrinin artması səbəbindən bankların mənfəətinin azalacağından ehtiyat edirlər.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, ABŞ administrasiyası bir sıra bankların müflisləşməsindən sonra digər maliyyə institutlarının da müflis elan oluna və müştərilərinin hesablarından kütləvi şəkildə vəsait çıxarılması ilə üzləşə biləcəyini ehtimal edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR