Onlayn ictimai-siyasi qəzet
Aparıcı Hüsniyə Məhərrəmova paylaşımı ilə diqqət çəkib.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Amerikaya köçən aparıcı Bakıda tədbirlərdən birinə qatılanda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:
"Atam, bunlar düzələn deyil! Bakida 3 gün ərzində Orta Asiya və "Middle East"in ən böyük texnoloji sammiti keçirilirdi. Aparıcılarından biri də mən idim. İkinci günün açılış sessiyasından sonra zaldan çıxarkən, sammit iştirakçıları, xaricdən olan qonaqlar, ünvanıma o qədər xoş söz, kompliment dedilər ki, qızarıb donum rəngdə olmuşdum. Bu anda yalnız bir azərbaycanlı mənə yaxınlaşıb "Hüsniyə xanım, salam, "launch" sözünü düzgün tələffüz etmirsiniz, o söz "lonç" kimi deyilir" dedi. Tənbəllik eləmədim, girdim yoxladım. Mən elə düz deyirmişəm. "Lonç", yox bir hamam... İkincisi də, düşünürəm, insanda nə qədər tərbiyəsizlik olmalıdır ki, səndən soruşulmadığı halda, tanımadığın adama onun səhvini deyəsən, düzəldəsən.
3 gün ərzində şirkət direktoru 6 rəqəminə "sex" dedi, digəri "triple" sözünə "çipo" dedi (sonda o sözü yazanda başa düşdüm ki, bu 3 gündü triple deyirmiş) və s. Lakin, bunu şərh etmək, ya onu həmin adama bildirmək kiminsə ağlına belə gəlmirdi. Bu pis ton və tərbiyəsizlik hesab olunur.
Mən hələ Amerikadan danışmıram. İnsanlar görürsə ki, sən pis danışırsan, başlayırlar yavaş danışmağa ki, sən başa düşəsən. Və ya, 30 dəfə "çox gözəl ingiliscə danışırsız" deyəcəklər ki, sənin özgüvənin artsın, rahat olasan.
Bircə, Azərbaycanda hamı doğulandan "native speaker"di, hamıda da "British accent"di. Hamı da özündə, nədənsə, ağıl öyrətmək ixtiyarı görür. Əslində isə, o qədər aşağılanmış, kompleksli insanlardır ki, digərində səhv tutaraq özünü daha böyük, lazımlı və vacib hiss edir. Yenə heç olmasa tutduğu səhv düz ola, dərd yarı".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ