İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə iddia - leyboristlər hakimiyyətə gəlsə Rusiyaya sərfəli olacaq

Böyük Britaniyada keçirilən parlament seçkilərində pasifist leyboristlərin qalib gəlməsi Rusiya üçün faydalı olardı.

Musavat.com xəbər verir ki, bu fikri Britaniyanın istefada olan polkovniki Riçard Kemp “Daily Mail” üçün yazdığı məqalədə bildirib.

Hərbçi hesab edir ki, britaniyalılar hazırda II dünya müharibəsindən bəri ən təhlükəli geosiyasi dövrü yaşayırlar, ona görə də Leyboristlər partiyasının seçkilərdə mümkün qələbəsi və Key Starmerin ölkənin baş naziri kimi hakimiyyətə gəlməsi dərin narahatlıq doğurur.

Kemp, bir vaxtlar qüdrəti ilə öyünən İngiltərənin indi hərbi infrastruktura, kadrlara və silahlara ciddi ehtiyacı olduğunu və Leyboristlər hökuməti altında bunun daha da pisləşəcəyini söyləyib.

Polkovnik qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada leyboristləri hakimiyyətdə görməkdən şad olacaq.

“Mən Starmerin Rusiyanın sakitləşdiricisi olduğuna bir dəqiqə belə inanmıram, lakin o, Sunak və xüsusən də Boris Conson qədər Ukraynanın tərəfdarı olmayacaq”, - Kemp əlavə edib.

İyulun 4-də Böyük Britaniyada parlament seçkiləri başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR