İnsanlara hürriyət, millətlərə istiqlal!

İnformasiya təhlükəsizliyi ilə bağlı media üçün təlimlər keçiriləcək

"İnformasiya təhlükəsizliyi ilə bağlı media üçün təlimlər keçirilə bilər".

Musavat.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid qurumun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə "Kütləvi informasiya vasitələrinin kibertəhlükəsizlik problemləri" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

R.Məcid qeyd edib ki, müvafiq dövlət qurumları ilə birlikdə onlayn media subyektinin məsul şəxslərinə informasiya təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsi məsələsi gündəmdədir:

"Son zamanlar onlayn media qurumlarının kibertəhlükəsizliyi ilə bağlı risklər artıb. Kiberhücumlardan müdafiə ilə bağlı məlumatlanma, media resurslarının ələ keçirilməsi və onun silinməsinin qarşısını almaq üçün maarifləndirmə işlərinə ehtiyacın olduğunu düşünürük”.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR