İnsanlara hürriyət, millətlərə istiqlal!

"İmperatorluq"dan İMTİNA ETDİ - Onun sərvətinə oğlu nəzarət edəcək

ABŞ-lı milyarder, ötən ay infarktdan öldüyü iddiaları ilə gündəmə gələn Corc Soros "imperiyasını" təhvil verib.

Musavat.com ABŞ-ın “Wall Street Journal” (WSJ) nəşrinə istinadən xəbər verir ki, dünyanın ən varlı adamları arasında yer alan 92 yaşlı Soros 25 milyard dollarlıq sərvətinə nəzarəti 37 yaşlı oğlu Aleksandr Sorosa həvalə edib.

92 yaşlı maliyyəçi Soros daha əvvəl təsis etdiyi Açıq Cəmiyyət Vəqflərinin (OSF) 5 övladından birinin əlinə keçməsini istəmədiyini bildirmişdi. Ancaq vəqfinə və sərvətinə rəhbərliyi Aleksandr Sorosa tapşıran Corc Soros oğlunun buna layiq olduğunu bəyan edib.

Aleksandr WSJ-yə verdiyi müsahibədə atasından daha "siyasi" olduğunu və ABŞ-ın solçu siyasi namizədlərinə ianə verməyə davam etməyi planlaşdırdığını söyləyib.

“Mən pulun siyasətdə olmasını istəməsəm də, nə qədər ki, qarşı tərəf bunu edir, biz də bunu etməli olacağıq” - deyən Aleksandr Açıq Cəmiyyət Vəqflərinin prioritetlərini genişləndirəcəklərini bildirib.

Bu prioritetlərin gender bərabərliyi ilə yanaşı, səsvermə və abort hüquqlarını da əhatə edəcəyini deyən oğul Soros atasının ideallarını və hədəflərini irəli aparmaq istədiyini qeyd edib.

Xatırladaq ki, may ayında sosial mediada infarkt nəticəsində öldüyü iddiası böyük əks-səda doğuran Corc Soros bu xəbəri şəxsən təkzib etmişdi: "İnfarkt keçirməyimlə bağlı yayılan xəbərlər tamamilə yalandır. Sağam və səhhətim yaxşıdır".

Corc Soros sui-qəsd nəzəriyyələri və dezinformasiya araşdırmalarında ən çox xatırlanan adlardan biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR