İnsanlara hürriyət, millətlərə istiqlal!

İmkanlı şəxs ailəsi tərəfindən soyularaq küçəyə atıldı - VİDEO

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” proqramında hər kəsi duyğulandıran anlar yaşanıb.

Musavat.com xəbər verir ki, buna səbəb verilişdə bir zamanlar imkanlı olan, indi isə anası və qardaşı tərəfindən soyularaq küçəyə atılan Sabirin görüntülərinin nümayiş etdirilməsi olub. “Təsir dairəsi” proqramının çəkiliş komandası Sabinin qaldığı kimsəsiz uçuq binaya yollanıb.

Ailə üzvləri və qohumları tərəfindən tərk edilən Sabir uzun müddətdir bu binanın bir hissəsində özünə yer düzəldərək orda yaşayır.

Efir zamanı Sabir Rusiyadan qayıtdıqdan sonra 75 000 AZN-ə ev aldığını sonra o evin anası və qardaşı tərəfindən əlindən alındığını bildirib. Daha sonra Sabirin adına 35 000 AZN kredit götürüblər.

Efirdə ekspert qismində iştirak edən psixoloq Narınc Rüstəmova Sabirin hazırda dərin bir depressiya yaşadığını buna görə də ona psixoloji dəstəyin lazım olduğunu bildirib.

Sabir üçün təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib. Daha sonra isə tam müalicə edilməsi üçün xəstəxnaya aparılıb.

Xəstəxanada müalicəsi yekunlaşan Sabir daha sonra sığınacağa yerləşdiriləcək.

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR