Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu jurnalist Fatih Altaylıya müsahibə verib.
Musavat.com xəbər verir ki, vəkillər vasitəsilə təşkil olunan müsahibə Altaylının YouTube kanalında yayımlanıb.
Əsas mövzu isə Ankara bələdiyyə başqanı Mansur Yavaşın prezident seçkilərində namizədliyinin irəli sürülməsi ehtimalı olub.
İmamoğlu müsahibədə deyib: "Biz heç vaxt namizədliyi şəxsi məsələ kimi nəzərdən keçirməmişik. Mən də, Mansur Yavaş da xalq qarşısında cavabdehik. Məqsədimiz bir, qalanı təfərrüatdır".
İmamoğlu həbsdə olarkən namizədliyini müzakirə etməkdən boyun qaçıran Yavaşın mövqeyi ilə bağlı bunları qeyd edib: "Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasının üzvü necə olmalı olduğunu göstərdi".
Eyni zamanda, İmamoğlu Türkiyənin parlamentli idarəetmə sisteminə qayıtmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, hər ikisi, İmamoğlu və Altaylı Silivri həbsxanasındadır.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ