Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanıda hazırkı iqtidara müxalif olan “Aprel” telekanalı məhkəmə qərarı əsasında fəaliyyətini dayandırdığını açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, kanalın feysbuk səhifəsində yayılan bəyanatda bildirilib: “Redaksiyamızın bağlanması barədə məhkəmə qərarı nə qədər ədalətsiz olsa da, icra olunmalıdır. Qanunsuzluğun tədricən norma halına gəldiyi şəraitdə, kimlərsə qanunun hərfinə əməl etməlidir, baxmayaraq ki, bu qanunun ruhu senzuranı qadağan edir. Biz ‘Aprel’i bağlayırıq”.
Qeyd edək ki, iyulun 10-da Bişkekin Oktyabr rayon məhkəməsi prokurorluğun tələbi ilə telekanalın ləğvinə qərar verib. Qərara əsasən, kanala verilmiş bütün lisenziyalar ləğv olunub, həmçinin sosial şəbəkə hesablarının silinməsi və ya bloklanması tələb edilib.
Məhkəməyə təqdim olunan rəsmi rəylərdən birində vurğulanıb ki, “kanalda yayımlanan materiallarda sarkazm, istehza, videokollaqlar, aparıcıların ekspressiv nitqi və mimikası hakimiyyətin mənfi işıqda göstərilməsinə, onun nüfuzunun zədələnməsinə və ictimaiyyət arasında şübhə yaratmasına səbəb olur”.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ