İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kirayə ev tapmaq çətinləşdi - Tələbələr bahalaşmadan şikayət edir

Tədris ilin başlanmasına az qalıb. Bu da tələbələrin Bakıya axını deməkdir. Bu isə birbaşa olaraq kirayə qiymətlərinə təsir edir.

Bəs kirayə qiymətləri necədir?

Tələbələr qiymətlərin bahalığından şikayət edirlər:

"1 otaqlı evlər əvvəl 300 manat idisə, indi 400-450 manata təklif olunur. Qiymətlər evlərin metroya, universitetə yaxin yerləşməsindən asılıdır. 2 otaqlı evlər isə 500-650 manat arasıdır".

Onların sözlərinə görə, evlərin qiyməti bəzən azala da bilər. Bu isə mənzilin təmiri və şəraitindən asılı olaraq dəyişir.

Əmlak ekspertləri düşünür ki, köhnə binaların sökülməsi daşınmaz əmlakların qiymətlərinin artmasına təsir göstərir. Həmin binaların sökülməsi kirayəlik mənzillərin azalmasına, o ərazidə yaşayan insanların özlərinin də uzun müddətli kirayə mənzilə çıxdığı bildirilir. Bu da kirayə mənzillərin əlçatanlığını azaldır.

Qeyd edək ki, ekspertlər gələn ay da bahalaşmanın olacağını istisna etmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR