Onlayn ictimai-siyasi qəzet
Finlandiyanın paytaxtı Helsinkidə parlament binasında faciəvi hadisə baş verib. Deputatlardan biri intihar edib.
Musavat.com xəbər verir ki, bu barədə "Yle" portalı Helsinki polis idarəsindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə barədə siqnal təcili tibbi yardım xidməti vasitəsilə hüquq-mühafizə orqanlarına çatdırılıb.
Qısa müddətdə polis əməkdaşları və təcili yardım briqadası parlament binasına cəlb olunub.
Deputatın həyatını xilas etmək mümkün olmayıb.
Hazırda Finlandiya polisi ölüm səbəblərini araşdırır. İlkin məlumatlara görə, baş verənlərin intihar olduğu ehtimal edilir və hadisədə hər hansı cinayət tərkibinin olmadığı vurğulanır.
Hadisə ölkədə böyük rezonans doğurub. Parlamentin növbəti iclasının təxirə salına biləcəyi də istisna edilmir.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ