Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən işğal olunmuş Zaparoje vilayətinin ərazisində yanacaq daşıyan qatarı məhv edib. Rusiyanın yanacaq dolu çənlər daşıyan yük qatarına havadan zərbələr endirilib. Bu barədə məlumatı və görüntüləri İşğalın Öyrənilməsi Mərkəzinin rəhbəri Pyotr Andryuşenko paylaşıb.
"İşğal olunmuş Zaporojye vasitəsilə Rusiya ilə dəmir yolu əlaqəsi artıq mövcud deyil. Söz verdiyim kimi - dolu çənlər daşıyan yük qatarının məhv edilməsinin görüntülərini paylaşıram.
Heç nə salamat salmayıb. Kim soruşurdu ki, ruslar niyə gecələr yanacaq daşıyır, həm də maşınlarla? Bax, məhz buna görə. Bu cür itkilərdən qaçmaq üçün”, – deyə paylaşdığı görüntüləri Pyotr Andryuşenko belə şərh edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ