Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Mehriban Zəki Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilərlə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, aktrisa həmin turistlərə ən ağır cəzanın verilməsini tələb edib.
"3 ay? Onları elə Şəhidlər xiyabanının yanında dirəyə bağlamaq lazımdır ki, gələn-gedən üzlərinə tüpürsün" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Onların hər biri barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Könül
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ