İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqar Məmmədov soruşdu, vitse-spiker aydınlıq gətirdi

“Bu qanun layihəsinin müəllifi varmı, kimdir, hansı deputatlar, şəxs, təşkilatdır, bilmək olarmı?”

Musavat.com xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində iştirak edən REAL sədri İlqar Məmmədov deyib.

Vitse-spiker Fəzail İbrahimli isə bildirib ki, giriş nitqində bu barədə açıqlaması olub: “Bu, 3 komitənin birgə əməyinin məhsuludur. 3 komitə birləşib, 20 ölkənin təcrübəsini öyrənib, Azərbaycanın siyasi sistemini nəzərə alıb, işçi qrupunda müzakirə olunub. Başqa bir formada növbəti dinləmə həyata keçiriləcək”.

İlqar Məmmədov qeyd edib ki, müzakirəyə də rəvac verən əsas məsələ siyasi partiyalardan gələn təkliflərin öyrənilməsi, nəzərə alınmasıdır.

Müzakirələr üçün reqlament məsələsinə gəldikdə, Fəzail İbrahimli bildirib ki, zaman problemi yoxdur. Amma 5 və 7 dəqiqəlik reqlament təklifi var.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR