İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan Ukraynaya zərbə-Peyklərini geri çəkdi

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti Ukraynaya internet dəstəyini kəsib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Starlink” peyk internet sistemindən döyüş pilotsuz uçan aparatlarını idarə etmək üçün istifadə edən Ukrayna hərbçilərinin internet çıxışına məhdudiyyət qoyulub.

Şirkət prezidenti Qvin Şotvel hesab edir ki, müqaviləyə əsasən, Ukrayna “Starlink”dən yalnız humanitar məqsədlər üçün - müharibədən zərər çəkmiş mülki şəxslərlə ünsiyyət məqsədilə istifadə edə bilər.
Şotvelin sözlərinə görə, Ukraynada “Starlink”də baş verən son kəsintilərin yeni məhdudiyyətlərlə bağlı olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, müharibə başlayandan sonra “SpaceX” Ukraynaya təxminən 22.000 “Starlink” terminalı verib. Yanvarın sonunda Ukrayna Müdafiə Nazirliyi hər biri “Starlink” sisteminə qoşulacaq pilotsuz təyyarələrin istehsal olunduğunu xəbər edib.
Son gəlişmə Ukraynaya ağır zərbə olaraq dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR