Onlayn ictimai-siyasi qəzet
ABŞ-da texnologiya maqnatı İlon Maska öz siyasi partiyasını yaratmaq üçün dəstək təklifləri gəlməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, Maska ilk təklif “Forward Party”dən gəlib. Bu partiya müstəqil siyasi qüvvə kimi fəaliyyət göstərir və onun təsisçisi keçmiş prezidentliyə namizəd Endryu Yanqdır. Yanq əvvəllər Maska Tramp ilə münaqişəyə girdiyi zaman yeni partiya yaratmağı birgə həyata keçirməyi təklif etmişdi.
Maska dəstək verməyə hazır olduğunu bildirən daha bir təşkilat isə “No Labels”dir. Bu qurum əvvəllər 2024-cü il prezident seçkilərində müstəqil namizəd irəli sürməyi planlaşdırırdı.
Müşahidəçilər hesab edirlər ki, İlon Maskın siyasətə ciddi şəkildə girməsi ABŞ-da mövcud siyasi balansı dəyişə bilər.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ