İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Qırğızıstana gedir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.

Musavat.com-un APA-ya istinadən xəbərinə görə, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli əlaqələri müzakirə edəcəklər.

Vurğulanıb ki, ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa, həmçinin səmərəli əməkdaşlığın inşası və daha da inkişafının perspektivlərinə dair müxtəlif mövzularda müzakirə aparacaqlar.
Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılıb.

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR