İnsanlara hürriyət, millətlərə istiqlal!

İki uşağını öldürən atadan ŞOK AÇIQLAMA: "Onların kasıb yaşamasını istəmədim"

Antalyanın Alanya rayonunda qaldıqları oteldə 2 uşağını öldürən, arvadını isə yaralayan Oleksiy Oleksiyoviç Navrotskinin məhkəməsinin ilk iclası olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü müdafiə edən atanın çıxışı zaldakı hər kəsi çoka salıb.

Navrotski cinayəti uşaqları və ailəsi üçün yaxşı bir həyat təmin edə bilmədiyinə görə törətdiyini bildirib.

"Onların kasıb yaşamasını istəmirdim. Həmçinin oğlumun inkişafına mane olan ciddi bir xəstəliyi var idi. Bu məni çox üzürdü. Onun gələcəkdə əlil olmasını istəmirdim”, - deyə qatil ata məhkəməsindəki çıxışında bildirib.

2 çocuğunu öldüren Ukraynalı babanın ifadesi kan dondurdu: Fakir  yaşamalarını istemedim

Təqsirləndirilən şəxsin vəkili Nükte Yaprak Buyurqan zehni cəhətdən sağlam bir atanın bunu etməsinin mümkünsüz olduğunu müdafiə edib. Buyurqan bildirib ki, Aleksiy Oleksioviç Navrotskinin psixoloji problemlərinin olması ilə bağlı ciddi sübutlar var. O, məhkəmə-tibbi ekspertizanın rəyinin gözlənilməli olduğunu bildirib.

Vəkilin bu çıxışından sonra məhkəmə iclası 3 fevral 2023-cü il tarixinə təxirə salınıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR