İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkənin parlamenti ukraynalıların soyqırımını tanıyıb

Latviya və Estoniya parlamentləri Rusiyanın Ukrayna xalqına qarşı soyqırımı törətməsini tanıyan bəyanatlar qəbul ediblər. AzVision.az xəbər verir ki, bu barədə Latviya Seyminin və Estoniya Riyqikoqunun mətbuat xidmətləri məlumat yayıb.

Seymin bəyanatında qeyd edilir ki, Rusiya hazırda Ukrayna xalqına qarşı soyqırımı həyata keçirir.

"Seym Rusiyanın hərbi təcavüzünü, Belarus rejiminin dəstəyi və iştirakı ilə Ukraynaya qarşı genişmiqyaslı işğalını qətiyyətlə pisləyir. Bəyanatda vurğulanır ki, Rusiyanın Ukrayna ərazisinə əsassız müdaxiləsi suverenlik və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Ukraynanın BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri Rusiyanın açıq şəkildə pozulmasıdır", - mətbuat xidmətinin məlumatında deyilir.

Bəyanatın qəbulundan sonra Seymin Xarici Əlaqələr Komitəsinin rəhbəri Riçard Kol Ukrayna əhalisini növbəti bəşəriyyətə qarşı cinayətlərdən qorumağa və ölkəyə öz torpaqlarını işğalçılardan azad etməyə kömək etməyə çağırıb.

Riygikoqu da həmçinin 84 deputatın təqdim etdiyi Rusiyanın Ukraynadakı hərbi cinayətləri və soyqırımı ilə bağlı bəyanatını qəbul edib. Bəyanatda deyilir ki, Riyqikogu Rusiya silahlı qüvvələrinin və hərbi-siyasi rəhbərliyinin hərəkətlərini Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyır və digər ölkələrin parlamentlərini və beynəlxalq təşkilatları da eyni addımı atmağa çağırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR