İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ölkə arasında GƏRGİNLİK ARTIR - Prezident orduya TƏCİLİ ƏMR verdi

Serbiyanın müdafiə naziri Miloş Vuçeviç prezident Aleksandr Vuçiçin orduya “hazır ol” əmri verdiyini və Serbiya silahlı qüvvələrinin ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, müdafiə nazirinin sözlərinə görə, Kosovoda serblərin yaşadığı ərazilərə silahlı hücumlar və blokadalar nəticəsində həyəcan vəziyyəti yaranıb.

63aa4e314e3fe1037cae74f7.jpg (53 KB)

Vuçeviç xüsusi silahlı qüvvələrin hazırkı sayının 1500-dən 5000-ə qədər artırılacağını və Serbiya Daxili İşlər Nazirliyinin bütün bölmələri ilə dərhal qərargah rəisinin tabeliyinə keçəcəyini açıqlayıb.

Dünən gecə Kosovonun şimalında baş verən silahlı hücum nəticəsində iki ölkənin yenidən üz-üzə gəldiyi bir vaxtda NATO-nun Kosovo Sülh Qüvvələri (KFOR) gün ərzində hücumun araşdırıldığını bildirib.

63aadbf267b0a92ce420a233.jpg (88 KB)

Qeyd edək ki, keçmiş serb polisi Deyan Pantiçin saxlanmasına cavab olaraq dekabrın 10-dan bəri Kosovonun şimalında qurulan barrikadalar hələ də götürülməyib, son hadisələr Kosovo ilə Serbiya arasında gərginliyi günü-gündən artırıb. Pantiçin saxlanmasına reaksiya verən kosovo serbləri dekabrın 10-dan bəri Bernjak sərhəd keçidlərində qurduqları barrikadalarda keşik çəkirlər.

Kosovo tərəfi isə Serbiyanın "Kosovo Respublikasının konstitusiyasına zidd hərəkət etdiyini" ifadə edərək, iki ölkə arasındakı gərginliyin Serbiyadan qaynaqlandığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR