İnsanlara hürriyət, millətlərə istiqlal!

“İki nəfərin qucaqlaşmasından xoşbəxt oluram”

“Biz tanınmış insanlarıq. Nə olursa, hər şey ortadadır. Şəxsi həyat ilə bağlı mövzulardan qaçıram. Niyə? Çünki bu mənim şəxsi məsələmdir. Şəxsi və özəl həyatımı hər zaman qorumağa çalışıram”.

Bu sözləri müğənni Elçin Cəfərov “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Şəxsi həyatı ilə bağlı danışmaqdan ehtiyat edən sənətçi bildirib ki, hər zaman barışığın tərafdarıdır:

“Heç kimə məsləhət görmürəm şəxsi həyatını aşkara çıxarsın. Savaşmaq, dalaşmaq qətiyyən yaxşı bir şey deyil. Əleyhinəyəm belə şeylərin. Əgər barış varsa, dalaşmağın nə mənası və nə xeyri ola bilər ki, insana? Heç bir xeyri ola bilməz! Ağıllı adam barışığa üstünlük verər, barışıq haqqında danışar, mehriban və bir olar. Mənim xasiyyətim belədir. Mən iki nəfərin qucaqlaşmasından xoşbəxt olan insanam. Buna sevinirəm”.  (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

BÜTÜN XƏBƏRLƏR