İnsanlara hürriyət, millətlərə istiqlal!

İki güləşçimiz Avropa çempionatında erməniyə qalib gələrək finala yüksəldi

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb.

O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1.

Bundan başqa, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb. Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli 4 illik fasilədən sonra finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR