İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dəfə evlənib-boşandığı qadınla yenidən sevgilidir

Məşhur müğənni və bəstəkar Sinan Akçıl şəxsi həyatı ilə diqqət çəkib.

Sənətçi iki dəfə evlənib boşandığı aktrisa Burcu Kıratlı ilə yenidən eşq yaşamağa başlayıb.

Bu barədə "Gel Konuşalım" proqramında jurnalist Mehmet Üstündağ məlumat bildirib. Onun sözlərinə görə, keçmiş cütlük münasibətinə 3-cü dəfə şans vermək qərarına gəlib.

Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar.

Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.

İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib. 2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR