İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qaregin Şeyxülislama müraciət etdi-Absurd iddia

 

Bütün ermənilərin katolikosu II Qaregin xristian kilsələrinin, beynəlxalq və dinlərarası təşkilatların rəhbərlərinə “Azərbaycanın Laçın dəhlizindəki hərəkətlərinə qarşı çıxmağa və Artsaxda humanitar fəlakətin qarşısını almağa” çağırış edib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, erməni katalikosu Azərbaycanın mənəvi lideri Allahşükür Paşazadəni də bu cür təxribatların qarşısını almaq üçün maddi və əsaslı addımlar atmağa çağırıb. İddia edib ki, “artsax xalqı”nın həyat hüquqları təhlükə altındadır, çünki humanitar fəlakət yaranır. Katalikos absurdcasına Bakını “ermənifobiya siyasəti” nümayiş etdirməkdə günahlandırıb. Sonda isə “Azərbaycanın tərkibində Artsaxın olması mümkün deyil”, -deyə II Qaregin bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR