Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökumətinin kilsəyə qarşı yönəlmiş addımlarına baxmayaraq, Erməni Apostol Kilsəsi öz mövqeyində qalır.
Musavat.com xəbər verir ki, bu barədə ermənilərin katolikosu II Qaregin danışıb.
Erməni keşişlərinin rəhbəri bu fikirləri Eçmiədzinə ziyarətə gələnlər qarşısında çıxışı zamanı səsləndirib.
Maraqlıdır ki, Eçmiədzinə təşkil edilən ziyarəti hazırda Ermənistanda həbsdə olan iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Bizə görə” hərəkatı təşkil edib.
II Qaregin çıxışında bəzi ruhani şəxslərin və Karapetyanın saxlanılmasını siyasi motivli addım kimi qiymətləndirib. O, “Mikael, Baqrat və Mkrtiç arxiyepiskopların, eləcə də Samvel Karapetyanın “saxta ittihamlarla həbs olunduğunu” bildirib.
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ