İnsanlara hürriyət, millətlərə istiqlal!

İƏT Pakistanın keçmiş baş nazirinə sui-qəsdi pisləyən bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) noyabrın 3-də Pakistanın keçmiş baş naziri İmran Xana qarşı törədilən sui-qəsdi pisləyən bəyanat yayıb.

Təşkilatın baş katibliyindən AZƏRTAC-a daxil olmuş bəyanatın mətnində bildirilir ki, “İƏT Pakistan İslam Respublikasının keçmiş Baş Naziri İmran Xana qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyir.

İƏT-in baş katibliyi forma və səbəblərindən asılı olmayaraq, zorakılığa, ekstremizmə və terrorizmə qarşı barışmaz və sərt mövqeyini bir daha ifadə edir. Təşkilat təhlükəsizlik və sabitliyə yönəlmiş hər hansı təhdidə qarşı Pakistanı dəstəkləyir və onun xalqına sülh və əmin-amanlıq arzulayır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR