İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai fəal Bəxtiyar Hacıyevin evində axtarış - yeni cinayət işi açıla bilər

İctimai fəal Bəxtiyar Hacıyevin evində axtarış aparılır.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O yazıb ki, axtarış tədbiri Bəxtiyar Hacıyevin valideynlərinin,dostlarının evində də aparılır:

"Hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb".

Ehtimal olunur ki, ictimai fəala qarşı yeni ittiham irəli sürülə bilər.

e516955b-700e-45f7-aa17-9b1adf2677b0.jpg (56 KB)


Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR