İnsanlara hürriyət, millətlərə istiqlal!

İcmadan Krista Pikkata ŞİLLƏ KİMİ CAVAB

Qərbi Azərbaycan İcması olaraq UNESCO-nun nümayəndəsi Krista Pikkatın Azərbaycan ərazisindəki mədəni abidələr ilə bağlı Ermənistanın iddiaları əsasında ölkəmizə missiya göndərilməsi məsələsi ilə bağlı ifadə etdikləri mövqeyi qınayırıq və rədd edirik.

Musavat.com-un məlumatına görə, bu fikirlər icmanın yaydığı bəyanatda öz əksini tapıb.

Qeyd oluub ki, UNESCO rəsmisinin vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması ilə bağlı UNESCO-nun müvafiq addımlar atması üçün dəfələrlə göndərilmiş müraciətlərin mahiyyəti üzrə cavabsız qalmasına aydınlıq gətirmək əvəzinə, Ermənistanın əsassız iddialarına yer verməsi qəbuledilməzdir.

"UNESCO-nun Azərbaycan xalqına qarşı dini və etnik əsasda nümayiş etdirdiyi bu ayrı-seçkilik bu təşkilatın Fransanın əlində anti-Azərbaycan siyasət üçün bir alətə çevrildiyini göstərir. UNESCO-dan Azərbaycana və xalqımıza qarşı böhtan və ayrı-seçkiliyə son qoymağı və Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən dağıdılması ilə bağlı öz vəzifə borcunu nəhayət yerinə yetirməyi, o cümlədən, bu ölkəyə xüsusi monitorinq missiyası göndərməyi tələb edirik", - bəyanatda bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR