İnsanlara hürriyət, millətlərə istiqlal!

ICESCO üzv ölkələri qlobal yoxsulluğun azalmasına töhfə verməyə çağırıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) 17 oktyabr – Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı müraciətində təşkilata üzv ölkələri qlobal yoxsulluğun azalmasına töhfə verməyə çağırıb.

Təşkilatın baş ofisindən AZƏRTAC-a daxil olmuş müraciətin mətnində bildirilir ki, ICESCO bu il “Hər kəs üçün ləyaqət” devizi altında qeyd olunan Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günündə sosial müdafiəyə yönəlmiş təşəbbüs və proqramların təşviqinə çağırır. İnsan ləyaqətini və rifahını qorumaq üçün yoxsulluğun aradan qaldırılması üzrə dövlət siyasətinin və strategiyalarının həyata keçirilməsində yerli ictimaiyyətin iştirakı ilə həssas qrupların iqtisadi reabilitasiyası təkcə əsas hüquq deyil, həm də bütün digər fundamental hüquqların təməlidir.

Dünyada yoxsulluqla bağlı son statistikanın ciddiliyi barədə xəbərdarlıq edən ICESCO vurğulayıb ki, BMT-nin məlumatına görə, təxminən 1,3 milyard insan ağır yoxsulluq şəraitində yaşayır ki, bunların da əksəriyyəti ahıl insanlar, uşaqlar və qadınlardır. BMT İnkişaf Proqramının statistikası göstərir ki, COVID-19 pandemiyası, iqlim dəyişikliyi, sülh və sabitliyin pozulması, miqrasiya nəticəsində dünyada yoxsul insanların nisbətinin əhəmiyyətli dərəcədə artması, eyni zamanda, sosial-iqtisadi vəziyyəti də ağırlaşdırıb. Bu kontekstdə ICESCO təhsil sistemlərinin gücləndirilməsi, bütün qruplar üçün keyfiyyətli, inklüziv və bərabər təhsilin təmin edilməsi, innovasiya və sahibkarlıq vasitəsilə gənclərin və qadınların ixtisasının artırılması məqsədi daşıyan strategiya və proqramlar vasitəsilə üzv dövlətlərinin yoxsulluqla mübarizə və yoxsulluğun aradan qaldırılması səylərini dəstəkləyir. Təşkilat COVID-19 pandemiyası zamanı çoxlu sayda qabaqcıl innovativ proqramlar və təşəbbüslər başladıb və onların üzv dövlətlərdə yoxsulluğun aradan qaldırılması istiqamətində səylərə töhfə olacağına inanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR