Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşı Cavid Təvəkkülün ekranlaşdırdığı "Spinozanın tanrısı" filmində rol alıb.
Musavat.com xəbər verir ki, aktrisa filmin təqdimatında keçmiş həyat yoldaşı ilə lentə alınan fotolarını yayımlayaraq bunları yazıb:
"Cavidlə sonuncu şəklimiz səhv etmirəmsə, 2006-cı ildə olmuşdu. 2025-ci il "Spinozanın tanrısı" bizi bir araya gətirdi. Əsl peşəkarlar düşmən olsalar belə, sənətə görə bir araya gələrlər. Nəzərə alsaq ki, biz düşmən deyilik. O, mənim oğlumun atasıdır. Cavidin uğurları məni həmişə sevindirib. Eləcə də mənim uğurlarım onu. Yaşasın sənət, sənətə xidmət edən peşəkar insanlar".
Qeyd edək ki, 2000-ci ildə C.Təvəkkül ilə ailə həyatı quran aktrisa 6 ildən sonra boşanıb. Cütlüyün Orxan adlı bir oğlan övladı var.
Könül
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ