İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilərin dünya iqtisadiyyatına vurduğu ziyan AÇIQLANDI - ŞOK RƏQƏM

Yəməndə husilərin fəaliyyəti keçən il dünya ticarətinə 200 milyard dollar ziyan vurub.

“The Economist”in xəbərinə görə, dəniz yolu ilə yüklərin daşınmasının dəyəri 5 dəfə bahalaşıb.

Ən böyük ziyan Misirə dəyib. Qahirənin Süveyş kanalından əldə etdiyi gəlir 7 milyard dollar azalıb. ABŞ isə Qırmızı dənizdə gəmilərin qorunması üçün keçən il 5 milyard dollar xərcləməli olub.

Qeyd edilib ki, 2024-cü il ərzində husilər gəmiləri Afrikanı dolanmaqla yük daşımağa məcbur edib. Asiyadan Avropaya dəniz yolu 6 min kilometr, 10-14 gün artıb. Bu isə gəmilərin hər reysinin 1 milyon daha baha başa gəlməsinə səbəb olur. Qırmızı dənizdən daşınan yüklər üçün sığorta tarifləri isə 20 dəfə artırılıb.

Yaranmış vəziyyətdən uduşlu çıxan isə Çin və Rusiyadır, çünki husilər bu ölkələrin gəmilərini atəşə tutmur. Hazırda Süveyş kanalı ilə daşınan neft yüklərinin əsas hissəsi də Rusiyaya məxsusdur.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR