Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq axtarışda olan tanınmış bloger Hüseyn Həsənov yeni hüquqi problemlə üzləşib.
Milli.Az xəbər verir ki, ona qarşı Rusiyanın "Insight People" prodüser mərkəzi tərəfindən 21 milyon rubl məbləğində təzminat tələbi ilə iddia qaldırılıb.
Məlumata görə, 2025-ci ilin aprelində şirkət arbitraj məhkəməsinə müraciət edib. Tərəflər arasında blogerin müxtəlif tədbirlərdə iştirakı ilə bağlı əməkdaşlıq müqaviləsi bağlanıb. Lakin istehsal agentliyi Həsənovun müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia edir.
İddia ilkin mərhələdə dövlət rüsumu ödənmədiyinə görə geri qaytarılsa da, mayın 15-də məhkəmə tərəfindən qəbul edilib. Növbəti məhkəmə iclası 2 iyul 2025-ci il tarixində baş tutacaq.
Xatırladaq ki, Hüseyn Həsənova qarşı 170 milyon rubl məbləğində vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə cinayət işi də açılıb. Bloger isə sosial şəbəkələrdəki açıqlamasında bütün vergi borclarını ödədiyini və hüquqşünas komandasının məsələni araşdırdığını bildirib.
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ