İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Həsənov 150 milyon borcunu ödədi

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin bloqqer Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib.

Musavat.com lent.az-a istinadən bildirir ki, avqustun 16-da Həsənov Federal Vergi Xidmətinə demək olar ki, 145 milyon rubl (təxminən 2 milyon 813 min manat) məbləğində bütün borclarını ödəyib.

Bundan əvvəl vergi orqanları bloqqerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə onun Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl (təxminən 2 milyon 910 min manat) olan "Neva Towers"dəki mənzillərini əlindən almağa çalışıb. Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili - 2020-ci il istehsalı olan "Rolls-Royce Cullinan" və 2022-ci il istehsalı olan "Chevrolet Tahoe" avtomobillərini almaq istəyirdi.

Qeyd olunur ki, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.

Məlumata görə, bloqqer hazırda Rusiyada deyil. Onun vəkili bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR