İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: “Heç bir Azərbaycan vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət etməyib”

 

2020-ci il yanvarın 1-dən 2022-ci il noyabrın 30-dək 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı almaq üçün müvafiq qurumlara müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, “Bir nəfər də olsun Azərbaycan vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət etməyib.

“Ümumilikdə, göstərilən müddətdə 48352 erməni Ermənistan vətəndaşlığını qəbul edib. Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ermənistana gələn 17 498 Rusiya vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciətini həyata keçirib. Pasport və viza şöbəsi nə qədər müraciətin təmin olunduğuna cavab verməyib, onların bəzilərinə baxıldığını söyləməklə kifayətlənib”, - deyə qəzet qeyd edir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR