İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: "Erməni oliqarx-biznesmen Samvel Aleksanyan xoşagəlməz vəziyyətə düşüb"

 

“Biznesmen Samvel Aleksanyan kifayət qədər xoşagəlməz vəziyyətə düşüb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti öz mənbələrinə istinadən yazır.

“Məlum olub ki, o, uzun müddətdir Ermənistandan Rusiyaya “Samsung” markalı telefonlar ixrac edir. Aydındır ki, söhbət paralel ixracdan gedir.

Lakin məsələ burasındadır ki, bu telefonlar üçün şarj cihazları xüsusilə qadağan olunmuş məhsullar siyahısındadır və Avropa strukturları onların Rusiyaya ixrac edilməməsinə diqqətlə nəzarət edir. Onlar Ermənistan Respublikasının dövlət orqanları tərəfindən müəyyən edilən ikili təyinatlı mallar siyahısına daxildir və indi həmin məhsulların ixracı Ermənistana qarşı sanksiyaların tətbiqi üçün səbəb ola bilər.

Samvel Aleksanyanın şirkəti uzun müddət vergi xidmətindəki əlaqələrindən istifadə edərək bu qadağadan yan keçməyə çalışsa da, istəkləri rədd edilib. Biznesmenə bu addımın Ermənistan dövləti üçün riskli olduğu, Qərb bunu öyrənməsi halında olduqca qazəblənəcəyi çatdırılıb”,- deyə “Hraparak” qeyd edir.

Qeyd edək ki Samvel Aleksanyan,Ermənistanda keçmiş hakimiyyət dövründə xüsusilə, Serj Səkisyana yaxın ən iri oliqarxlardan sayılırdı. Ermənistana gətirilən şəkər demək olar ki, onun monopoliyasında olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR