Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) Honq-Konqun ən böyük telekommunikasiya şirkəti olan Hong Kong Telecom-un (HKT) ABŞ-da fəaliyyət lisenziyasını “milli təhlükəsizlik maraqlarını” əsas gətirərək ləğv etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı South China Morning Post (SCMP) qəzeti yayıb. Qəzetə görə, bu, ABŞ və Çin arasında artan gərginliyin daha bir əlamətidir.
Nəşrin məlumatına görə, FCC şirkətə bildiriş göndərib. ABŞ tənzimləyicisi şirkəti “Kommunist Partiyasının nəzarəti altında” hesab edir. Buna səbəb Hong Kong Telecom-un artıq ABŞ-ın milli təhlükəsizlik məhdudiyyətlərinə məruz qalan qurumlar siyahısında olan China Unicom (Amerika) ilə əlaqəli olmasıdır.
FCC HKT və onun ABŞ-dakı törəmə şirkətinin rəhbərliyindən ABŞ tənzimləyicisinin "lisenziyanın ləğvi prosesinə niyə başlamaması" ilə bağlı əsaslandırılmış izahat verməsini xahiş edib. Hong Kong Telecom-un cavab vermək üçün 30 günü var.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ