İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollivud aktyorları etiraz aksiyası keçirirlər:"Dolana bilmirik!"

Son bir neçə on ildə ilk dəfə olaraq Hollivudun aktyorları, ssenaristləri və digər peşə sahibləri kütləvi şəkildə etiraz aksiyası keçirirlər.

Sfera.az xəbər verir ki, etirazçılar gəlirin onlar arasında ədalətli bölünmədiyini və bu səbəbdən karyeralarının təhlükə altında olduğunu bildirirlər.

Etirazlara cavab olaraq kinostudiya rəhbərləri tələblərinin əsassız olduğunu bəyan ediblər.

Aksiya iştirakçıları 160 mindən çox insanın mövqeyini ifadə edirlər. Onlar “Disney”, “Paramount” kimi böyük kinostudiyalardan, “Fox”, “NBC”kimi Amerika televiziya şəbəkələrindən, “Netflix” və “Amazon” kimi satış platformalarından daha yaxşı imkanlar istəyirlər.

Qeyd edək ki, “Streaming”in meydana gəlməsi dünyanın televiziya və filmlərdən istifadə tərzini dəyişdirib. Bu texnologiya aktyorların maaşlarına, uzunmüddətli gəlirlərinə də təsir göstərib.

Əvvəl olduğu kimi aktyorlar və yazıçılar işlərinə görə əvvəlcədən maaş alırlar. Lakin əvvəllər olduğu kimi bir çoxları televiziya şoularının və filmlərin təkrar nümayişi əsasında əldə edilən gəlirlərdən əlavə ödəniş ala bilmir. Bu hal veteran aktyorları çətin maddi vəziyyətə salır.

Həm aktyorlar, həm də yazıçılar deyirlər ki, onların sonrakı gəlirləri kəskin şəkildə azalıb və bu, onların dolanışıqlarını məhv edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR