Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycandan olan Aziz Abbasov Rusiya hüquq-mühafizə orqanları tərəfindən iyulun 19-dək ilkin istintaq təcridxanasına yerləşdirilib. Bu barədə məlumatı Yekaterinburqda çalışan jurnalist Dmitri Antonenkov yayıb.
Jurnalistin sözlərinə görə, Abbasovun üzərində zorakılıq izləri – xüsusilə göyərmiş yerlər müşahidə olunub. Onun vəkili Zlata Kirsanova isə bildirib ki, Aziz Abbasovun qabırğaları qırılıb və o, beyin silkələnməsi keçirib.
“Bunların hamısı iyunun 27-də saxlanılarkən baş verib”, – deyə vəkil açıqlamasında bildirib.
Rusiya istintaq orqanları Abbasovu 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda baş vermiş qətl və qəsd hadisələrində iştirakta görə şübhəli bilir. Həmçinin saxlanılan
Kamala Səfərov Rusiya hüquq-mühafizə orqanları tərəfindən iyulun 19-dək ilkin istintaq təcridxanasına yerləşdirilib.
Ümumilikdə bu iş üzrə on nəfərə yaxın şəxs saxlanılıb.
Xatırladaq ki, Yekaterinburqda azərbaycanlılara qarşı son günlərdə artan təzyiqlər və fiziki zorakılıqlar ictimai narahatlıq doğurur. Azərbaycan cəmiyyəti və diaspor təşkilatları bu məsələyə beynəlxalq diqqətin yönəldilməsini tələb edirlər.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Şahanə Rəhimli
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ