Onlayn ictimai-siyasi qəzet
Ukrayna ABŞ-la hava hücumundan müdafiə mövzusunda danışıqları genişləndirir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün ölkənin müdafiə və xarici işlər nazirlərinin hesabatları dinlənilib, xüsusilə ABŞ ilə münasibətlər ətrafında geniş müzakirələr aparılıb.
Musavat.com bildirir ki, Zelenskinin sözlərinə görə, hazırda ABŞ ilə Ukrayna arasında müdafiə dəstəyinin, o cümlədən hava hücumundan müdafiə (PPO) komponentinin təmin olunmasına dair bütün detalları işçi səviyyədə dəqiqləşdirməkdədirlər. “Hər halda xalqımızın təhlükəsizliyini təmin etməliyik”, – deyə o vurğulayıb.
Bundan əlavə, Ukrayna Prezidenti bildirib ki, Avropa İttifaqı ilə münasibətlər və bu altı ay ərzində Aİ Şurasına sədrlik edəcək Danimarka ilə növbəti addımlar da müzakirə edilib. Eyni zamanda Ukrayna hökuməti və Prezident Ofisinin komandası ilə müşavirələr keçirilib, Danimarka və digər tərəfdaşlarla yeni silah istehsalı barədə, həmçinin birgə istehsal layihələri üzrə yeni razılaşmalar hazırlanır.
Zelenski əlavə edib ki, yaxın vaxtlarda Ukraynanın yeni dron-interseptorları ilə bağlı da mühüm xəbərlər olacaq.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ