İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarov barəsində icraat başladıldı

Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə fərdi borcluların reyestrinin məlumatlarında deyilir.

Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb.

Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə "Forbes"in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yerdə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR