İnsanlara hürriyət, millətlərə istiqlal!

Torosyandan Cavaxetiya erməniləri ilə bağlı açıqlama

Ermənistan parlamentinin deputatı Şirak Torosyanın sözlərinə görə, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşayan və ikili vətəndaşlığa malik ermənilər Gürcüstanda aldıqları sürücülük vəsiqələri ilə Ermənistan ərazisində artıq cərimələnməyəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə o, yerli parlamentin iclasında Cinayət Məcəlləsinə və onunla bağlı qanunlara ediləcək dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.

Erməni deputat qeyd edib ki, qanun paketinə əsasən, 1968-ci il Vyana Yol Hərəkəti Konvensiyasına uyğun olaraq xarici ölkələrdə, o cümlədən Gürcüstanda alınmış sürücülük vəsiqələri Ermənistan ərazisinə daxil olduqdan sonra 3 ay müddətində etibarlı hesab olunacaq.

Torosyanın sözlərinə görə, bu dəyişiklikdən ən çox faydalanacaq qrup Gürcüstanın ermənilərin üstünlük təşkil etdiyi Cavaxetiya bölgəsinin sakinləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR