İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah" İsrailin "Hermes 450" pilotsuz təyyarəsini vurub - VİDEO

"Hizbullah" hərəkatı Livan ərazisi üzərində İsrailə məxsus "Hermes 450" pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

“The Times of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) bu məlumatı təsdiqləyib.

"Davudun sapandı" hava hücumundan müdafiə sistemi "Hizbullah"ın SAXAL-a məxsus pilotsuz təyyarəyə atdığı birinci raketini ələ keçirib. Lakin Livan tərəfi tezliklə ikinci raket ataraq pilotsuzu vurub. Pilotsuz təyyarə İsrailin-Livan sərhədinə düşüb.

Qeyd edək ki, bu gün Afula şəhəri yaxınlığında hava zərbələrindən sonra xəbərdarlıq sirenləri işə düşüb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR