İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah"ın maliyyəçisi HƏBS EDİLDİ

"Hizbullah"ın Latın Amerikasında yaratdığı maliyyə şəbəkəsinin əsas simalarından biri olan Mehdi Aqil Xilbaui Kolumbiyada saxlanılıb.

Musavat.com xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Mehdi Kolumbiyada Zanga S.A.S adlı şirkət yaradıb.

Rəsmi olaraq, qrupun maliyyə şəbəkəsinə daxil olan digər şirkətlərə verilən kömür hasilatı ilə məşğul olub. Mehdi "Hizbullah"ın xarici təhlükəsizlik xidmətində yüksək vəzifə tutan Əmr Məhəmməd Aqilin oğludur.

Məlumata görə, o, 1990-cı illərdə Buenos-Ayresin yəhudi mərkəzinə və İsrailin Argentinadakı səfirliyinə qarşı terror hücumlarında iştirak edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR