İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan Ermənistana NÖVBƏTİ DƏSTƏK

Hindistan Ermənistana yeni silah-sursat partiyası vermək imkanını öyrənir.

Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Məlumata əsasən, Ermənistanın yüksək rütbəli nümayəndəsi Nyu-Dehlidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb. Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Onlara uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan, öz konstruksiyası olan “Pinaka” reaktiv yaylım atəş sistemləri, həmçinin tank əleyhinə raketlər verəcək. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılacaq.

“Indian Defence Research Wing” internet nəşrinin məlumatına görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR