İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Sülh sazişi imzalanmadan əvvəl paraflana bilər  

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl sənədin paraflanması ehtimalını istisna etməyib.

Musavat.com xəbər verir ki, o, bu ideyanın hazırda müzakirə masasında olduğunu bildirib.

“Bəli, belə bir ideya da var. Bu məsələ müzakirə olunur”, – deyə Paşinyan mətbuat konfransında açıqlama verib.

Ermənistanın sülh prosesində geri çəkilmədiyini bildirən baş nazir əlavə edib: “Azərbaycanla sülh sazişinin imzalanması yolunda Ermənistan heç bir imkanı əldən vermir”.

Qeyd edək ki, sənədin paraflanması onun əsas müddəalarının razılaşdırılması və qarşılıqlı razılığın qeydə alınması mənasını verir. Bu, imzalanmadan əvvəlki son mərhələ hesab olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR