İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: Qırğızıstan xüsusi xidmət orqanları Bişkek merinin müavinini saxlayıb

Qırğızıstanda xüsusi xidmət orqanları Bişkek merinin nəqliyyat və tikinti məsələləri üzrə müavini Jamalbeq Irsaliyevi saxlayıb.

Bu barədə “Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir.

Mənbələrin məlumatına görə, J.Irsaliyev ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla birlikdə paytaxt bələdiyyəsinin bir neçə məmuru da saxlanılıb.

Bişkek merinin müavininin və digər saxlanılanların nədə şübhəli bilindiyi hələlik məlum deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR