İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda turist qayığının batması nəticəsində 21 nəfər ölüb

Hindistanın Kerala əyalətində turist qayığının batması nəticəsində 21 nəfər ölüb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qayıqla səyahət zamanı neçə nəfərin olduğu hələlik dəqiq bilinmədiyi üçün qurbanların sayı daha da arta bilər. Buna görə də xilasedicilər axtarışları davam etdirirlər.

Hadisədən dərhal sonra Dövlət Səhiyyə Departamentində nazirin iştirakı ilə fövqəladə iclas keçirilib və orada zərərçəkənlərə təcili yardımın göstərilməsi barədə qərar qəbul edilib.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib.

Qayıqda tətilə gələn məktəblilər olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR