İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda 18 hava limanı bağlanıb, 200-ə yaxın uçuş ləğv edilib

Cammu və Kəşmir bölgəsindəki Srinqar da daxil olmaqla Hindistanın ən azı 18 hava limanı, bölgədəki gərgin vəziyyətlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırıb.

Musavat.com xəbər verir ki, bu qərar nəticəsində 200-ə yaxın uçuş ləğv edilib.

“Hindustan Times” qəzeti bu barədə məlumat verərək, aviaşirkətlərin müxtəlif hava limanlarına olan reyslərini təxirə saldıqlarını bildirib.

Nəşrin məlumatına görə, "IndiGo" aviaşirkəti 160 reysi ləğv edərək ən böyük təsirə səbəb olub. Bununla yanaşı, digər aviaşirkətlər də mövcud vəziyyətə uyğun olaraq uçuşları dayandırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

07 May 2025

BÜTÜN XƏBƏRLƏR