İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan strateji neft ehtiyatlarını artırmaq planından vaz keçdi

Hindistan hökuməti strateji neft ehtiyatları üçün yeni yeraltı anbarların tikintisinə 50 milyard rupi (600 milyon dollar) ayrımaq planını təxirə salıb.

Musavat.com xəbər verir ki, “Business Standard” qəzetinin yazdığına görə, ölkə hökuməti bazarın hazırkı volatilliyi və “Brent” markalı neftin qiymətinin daha da aşağı düşməsi ehtimalı səbəbindən yaxın gələcəkdə strateji neft ehtiyatlarını artırmamaq qərarına gəlib. Eyni zamanda Yeni Dehli 2023-2024-cü maliyyə ilində büdcə kəsirini ÜDM-in 5,9 faizinə endirməyi hədəfləyir, halbuki bir il əvvəl bu göstərici 6,4 faiz olub.

Qeyd edək ki, Hindistanda mövcud neft anbarlarının tutumu 39 milyon bareldir. Bu, fövqəladə hallar zamanı ölkə sənayesini cəmi səkkiz gün ərzində neftlə təmin etmək üçün kifayətdir. 2020-ci ildə Brent markalı neftin qiymətləri düşdüyü zaman anbar tamamilə dolu idi, lakin o vaxtdan bu həcmin təxminən üçdə biri emalçılara ötürülüb.

2023-cü ildə Hindistan hökuməti strateji neft ehtiyatlarının azaldılmasından sonra onları doldurmaq və bu məqsədlə yaxın gələcəkdə təxminən 9,2 milyon barel neft idxal etmək imkanlarını nəzərdən keçirirdi. Bununla əlaqədar olaraq, strateji karbohidrogen ehtiyatları üçün həcmi təqribən 40 milyon barelə qədər olan yeni anbarların tikintisi üzrə plan işlənib hazırlanmışdı ki, bu da zərurət yarandıqda iqtisadiyyatı 70 gündən 90 günə qədər təmin etməyə imkan verəcəkdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR