İnsanlara hürriyət, millətlərə istiqlal!

Kasparov avropalı siyasətçiləri sərt tənqid etdi

Məşhur şahmatçı və dissident Harri Kasparov Ukrayna ilə bağlı siyasətdə süstlük nümayiş etdirən avropalı siyasətçiləri sərt tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə o, fikirlərini ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində bölüşüb.

“Varşavada keçirilən konfranslardan birində keçmiş nazir Moraveskinin çox aqressiv çıxışı oldu. O, şikayətlənirdi, həmin vaxt məhz ukraynalı taxıl məsələsinə görə mübahisə vardı. Maşınlar dayanmışdı... Mən dedim: “Sizin kifayət qədər sadə bir seçiminiz var: ya sərhəddə ukraynalı taxıl maşınları dayanacaq, ya da rus tankları. Əgər sizə ikinci xoşdursa, buyurun. Ukraynanı təslim etmək olar, amma onda artıq tamam başqa bir hekayə olacaq. Məncə, Rusiya tankları sərhədi keçmək istəsələr, sizin icazənizi soruşmayacaqlar.

Bu arada, çox maraqlıdır. Mən Çörçillin 1919-cu ildə yazdığı bir qeydini tapdım. O vaxt böyük müzakirə vardı - ağqvardiyaçıları dəstəkləmək lazımdırmı? Çörçill azlıqda qaldı. Heç kim istəmirdi... O dedi: “Onlar özləri üçün vuruşmurlar. Onlar bizim üçün vuruşurlar. Əgər onlar uduzsalar, hamımız üçün böyük bir başağrısı olacaq. Çünki onlar bizim dalımızca gələcəklər...” Nə qədər uzaqgörən bir fikir”, - deyə Kasparov vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR