Onlayn ictimai-siyasi qəzet
Polşa hökuməti yeni müdafiə qanunvericiliyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, qanuna əsasən, 18-dən 60 yaşadək bütün Polşa vətəndaşları, yaşayış və ya vergi rezidentliyindən asılı olmayaraq, müharibə zamanı səfərbərliyə cəlb ediləcək.
Bu o deməkdir ki, hətta xaricdə yaşayan polyaklar da hərbi xidmətə çağırıla bilərlər.
Qanun müəyyən istisnalar da nəzərdə tutur. Səfərbərlikdən yalnız sağlamlıq vəziyyəti xidmətə imkan verməyən şəxslər, hamilə qadınlar, uşaqlara qulluq edən analar və dövlətin təhlükəsizliyi üçün strateji sahələrdə çalışan mütəxəssislər azad edilə bilər. Bundan əlavə, ikili vətəndaşlığı olanlar da bu öhdəlikdən kənar tutulurlar.
Yeni qaydalar səfərbərlikdən yayınanlara qarşı sərt cəzalar müəyyənləşdirir. Çağırışa getməyənlərə ən azı 3 il həbs, hərbi xidmətdən bilərəkdən yayınanlara isə 5 ildən az olmayaraq azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Polşanın bu addımı ölkədə və diasporada geniş müzakirələrə səbəb olub.
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ